EN

Paytaxtda qəza - Piyada son anda xilas oldu

Yazını böyüt
Yazını kiçilt

Bu gün səhər saatlarında paytaxtın Xətai rayonu, 8 Noyabr prospektində yol-nəqliyyat hadisəsi baş verib.

Hafta.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Qəza nəticəsində nəqliyyat vasitəsi svetoforu yararsız vəziyyətə salıb, piyada svetoforuna isə zərər dəyib. Hadisə zamanı yolu keçən piyada son anda qəzadan qurtulub.

İlkin ehtimala görə, hadisə sürücü diqqətsizliyi səbəbindən baş verib.

Hazırda Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən svetoforların yenisi ilə əvəz edilməsi işləri həyata keçirilir.

Chosen
15
2
hafta.az

8Sources