EN

Liviya sahillərində qayığın batması nəticəsində 42 miqrant ölüb

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Qahirə, 12 noyabr, AZƏRTAC

Liviya sahillərində qayığın batması nəticəsində 42 miqrant ölüb.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, qayığın göyərtəsində 49 miqrant olub. Liviya tərəfinin həyata keçirdiyi axtarış və xilasetmə əməliyyatı nəticəsində yeddi nəfərin həyatını xilas etmək mümkün olub.

Təşkilat bu il Liviya və Tunis sahillərindən Avropaya keçməyə çalışan miqrantlardan 378 nəfərin həyatını itirdiyini açıqlayıb.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
18
6
azertag.az

8Sources