EN

Beyləqanda itkin düşən qadının sümükləri tapıldı FOTO

ain.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ötən ay Beyləqan rayonunun Qaradağlı kəndində itkin düşən qadının qalıqları tapılıb.

"Qafqazinfo" xəbər verir ki, itkin düşmüş şəxs kimi axtarılan Şücaət Müslüm qızı İsmayılovanın meyiti kolluq ərazidə aşkar edilib.

Məlum olub ki, meyitin bir hissəsi vəhşi heyvanlar tərəfindən parçalanıb.

Əqli qüsurlu olan qadının hadisədən əvvəl yıxılaraq xəsarət aldığı və köməksiz qaldığı, orada öldüyü ehtimal edilir.

Qeyd edək ki, hadisədən sonra Ş.İsmayılovanın yaxınları Xoşqədəm Hidayətqızının verilişinə çıxaraq kömək istəmişdilər.

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
20
9
news.milli.az

10Sources