ain.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Gəncə şəhəri, Nizami Gəncəvi küçəsində qayda pozan sürücü avtomobilin kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə noyabrın 6-da saat 22:39 radələrində qeydə alınıb. Belə ki, hərəkətdə olan 99-UB-608 dövlət nömrə nişanlı “Nissan” markalı avtomobilin sürücüsü manevr qaydasını pozub. Yolayrıcına daxil olan sürücü hərəkət istiqamətini dəyişərək sağa dönüb və bu zaman düzünə hərəkət edən avtomobillər üçün qəza şəraiti yaradıb. Xoşbəxtlikdən digər sürücülər ehtiyatlı davranaraq təhlükənin qarşısını alıblar.
Kadrdan görünür ki, küçədə hərəkət yalnız düz istiqamətdə təşkil olunub və bunu göstərən oxlar mövcuddur. Lakin qayda pozan sürücü buna məhəl qoymayaraq sağa dönüb.
Nərmin
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.