EN

Gürcüstandakı C-130 faciəsi: Qəza, yoxsa geosiyasi mesaj?- ÖZƏL

Türkiyə hərbi hava qüvvələrinə məxsus C-130 yük təyyarəsi Azərbaycandan geri qayıdarkən Gürcüstan ərazisində qəzaya uğrayıb. Hadisə nəticəsində göyərtədəki 20 hərbçi həlak olub. Gürcüstan DİN faktla bağlı araşdırma başladığını və cinayət işinin CM-nin 275-ci maddəsinin 4-cü bəndi üzrə aparıldığını bildirib. Maddəyə əsasən uçuşların təhlükəsizliyi qaydalarının pozulması və ya insan tələfatı ilə nəticələnən hava nəqliyyatı vasitəsinin istismarı nəzərdə tutulur.
Qəzanın baş verməsində kənar müdaxilə ehtimalı da ola bilərmi?
"Türkiyəyə məxsus hərbi nəqliyyat təyyarəsinin qəzaya uğraması ilə əlaqədar Gürcüstanın prokurorluq orqanları tərəfindən cinayət işi açılıb, təhqiqat aparılır. Bu hadisə ilə bağlı ictimaiyyəti düşündürən məsələlər, yəni, qəzanın texniki nasazlıq və ya pilotun məsuliyyətsizliyi ucbatından baş verib-vermədiyi istintaq tərəfindən aydınlaşdırılacaq. Lakin ehtimallara əsaslanaraq qəzanın təşkil edilməsi ilə bağlı fərziyyələr barədə də mülahizə yürütmək olar". 
Bu fikirləri politoloq Elşən Manafov Olaylar.az-a açıqlamasında söyləyib:
"Azərbaycanın Ermənistan üzərində 44 günlük müharibədə qələbəsindən sonra region ətrafında geosiyasi durum qlobalistlərin xeyrinə olmayaraq dəyişmişdi. Rusiyanın münaqişə tərəfləri arasında təmas bölgəsinə sülhməramlılarını yerləşdirməsindən sonra geosiyasi spektr hiss olunacaq dərəcədə Qərbin maraqlarına uyğun gəlməyən şəkildə dəyişmişdi. Məhz bu dönəmdə Azərbaycan bölgənin təhlükəsizlik problemlərinin həlli məqsədilə 3+3 formatında əməkdaşlıqla bağlı təkliflər paketi irəli sürmüş və region, həmçinin region ətrafı dövlətlərinin hamısı bu layihəni dəstəkləmişdi. Layihəyə birbaşa olmasa da, dolayı yolla narazılıq bildirən tərəf ABŞ və Avropadakı qlobalist dairələr idi.
ABŞ-də Trampın iqtidara gəlməsi ilə Ukrayna-Rusiya müharibəsinin reallıqları və perspektivlərinə Ağ Evin mövqeyində baş verən dəyişikliklər, Rusiyanın öz sülhməramlılarını Azərbaycandan çıxarması, Gürcüstanda Kobaxidze iqtidarını vətəndaş qarşıdurması yolu ilə hakimiyyətdən kənarlaşdırmaq üçün müxalifətin Qərbdəki qlobalistlərin maliyyə dəstəyi ilə etdiyi cəhdlərin uğursuzluğu göstərir ki, region ətrafında geosiyasi qarşıdurma səngiməyəcək, əksinə daha da güclənəcək.
Hazırda qlobalistlər regionda Rusiyaya qarşı ikinci cəbhə açmağa çalışırlar. Bu məqsədlə onların Gürcüstan hakimiyyətinə çağırışları, hətta təzyiqləri də bir nəticə verməyib. Paşinyan isə əksinə qlobalistlərin nümayəndəsidir və regionda geosiyasi durumu onların xeyrinə dəyişmək, Rusiyanın nüfuz dairəsini daraltmaq üçün qlobalistlərdən təlimatlar alır. Lakin Rusiyanın qəzəbinə tuş gəlməmək üçün onunla əməkdaşlıq görüntüsü yaradır.
Trampın planlarına Rusiyanı Cənubi Qafqazda müharibəyə cəlb etmək kimi məqsədlər daxil deyil. O, regionda Rusiya, Çin və İranla qarşıdurmada "yumşaq güc" tətbiqinə daha çox önəm verir. Bu isə əsasən logistika, dəhlizlər və tranzitlə bağlı məsələlərdir. Azərbaycan isə Ermənistandan fərqli olaraq qlobalistlərin regionla bağlı planlarında yer almır və milli maraqlarından çıxış edərək həm Zəngəzur dəhlizi, həm İran ərazisi üzərindən, həm də Şimal-Cənub istiqamətində bütün tərəflərlə əməkdaşlığa açıqdır.
Lakin bir mühüm amil də var: qlobalistlərin revanş götürmək istəyi. Tarix boyu qlobalistlər Avropada Britaniya, ümumən dünyada isə yəhudi mənşəli oliqarxik klanlar tərəfindən yönləndiriliblər. Azərbaycanın Ermənistanla müharibəsində pərdə arxasından Türkiyə və Pakistana dəstək olan tərəf də məhz Britaniya olmuşdur. Əsas məqsəd bu tərəflərin Azərbaycana dəstəyi və Paşinyanın aldığı direktivlərə uyğun olaraq Rusiyanın regiondakı nüfuz dairəsinin daraldılması idi. Ermənistanın Dağlıq Qarabağ üzərində Azərbaycanın suveren hüququnu tanıması da dolayısı ilə bu planın tərkib hissəsi idi.
Türkiyəyə məxsus təyyarənin terror hücumuna məruz qalması ehtimalını nəzərdən keçirsək, sağlam məntiqə görə bunu Rusiya ilə bağlı dairələrin təşkil edə biləcəyi ehtimalı ortaya çıxır. Halbuki bölgədə 3+3 formatında əməkdaşlığın tərəfdarlarından biri məhz Rusiya idi. Əksinə, bu format regiondan kənar və uzaq dövlətlərin təhlükəsizlik məsələlərinə müdaxiləsini məqbul bilmirdi. Bu səbəbdən, 3+3 əməkdaşlığının əleyhdarları məhz qlobalistlər idi. Türkiyəyə məxsus təyyarənin vurulmasını təşkil etməklə onlar formatda maraqlı olan tərəflər arasında etimadsızlıq mühiti formalaşdırmağa cəhd göstərə bilərlər.
Unutmaq olmaz ki, bu formatı dəstəkləyən İranın sabiq prezidenti İbrahim Rəisi də helikopter qəzasının qurbanı olmuşdu və həmin qəzanın bir çox təfərrüatları hələ də qaranlıq qalır". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
35
olaylar.az

1Sources