EN

Azərbaycan ilə Bosniya və Herseqovina arasında hərbi əməkdaşlıq planı imzalanıb

Bakı.Trend:

Bosniya və Herseqovinada rəsmi səfərdə olan AzərbaycanRespublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov buölkənin müdafiə naziri cənab Zukan Helez ilə görüşüb.

Trend xəbərverir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüş zamanı hər iki ölkə arasında hərbiəməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirəedilib. Qarşılıqlı səfərlərin və bu cür görüşlərin hərbi əlaqələringenişlənməsinə, səmərəli təcrübə mübadiləsinin aparılmasına töhfəverdiyi vurğulanıb.

Tərəflər, həmçinin hərbi sahədə maraq doğuran bir sıraməsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.
Görüşün yekununda iki ölkənin Müdafiə nazirlikləri arasında hərbiəməkdaşlıq planı imzalanıb, nazirlərin iştirakı ilə mətbuatkonfransı keçirilib.

Rəsmi səfər proqramına uyğun olaraq general-polkovnik Z.Həsənovhərbi sənaye zavoduna və digər hərbi təyinatlı obyektə baş çəkib,orada yaradılan şərait və istehsalat avadanlıqları ilə tanışolub.

Məqalədə:
Chosen
17
17
az.trend.az

10Sources