Avtosfer portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Berndə Fransa ilə İsveçrə arasında sərhəd dəyişikliyinə dair 3 konvensiya imzalanıb.
Avtosfer.az “Le Matin” qəzetinə istinadla xəbər verir ki, Cenevrə kantonu ilə Fransanın Yuxarı Savua departamenti arasında 3 ərazidə sərhədlər korreksiya ediləcək.
Tərəflər bu addımı ərazidə landşaftın dəyişməsindən sonra atmağa qərar veriblər. 2 ölkənin sərhəd kommunaları arasında yeni tramvay xəttinin çəkilməsi sərhədlərin real vəziyyətə uyğunlaşdırılmasını zəruri edir.
Beynəlxalq hüquq 2 ölkə arasında eyni həcmdə ərazi mübadilələrinə icazə verir. Digər tərəfdən, tramvay həm isveçrəlilər, həm də fransızlar üçün prioritet nəqliyyat olduğu üçün əhali bu dəyişikliyə etiraz etmir. Cenevrə tramvayının 17-ci xətti bu şəhəri Fransanın Ferney kommunası ilə birləşdirir. Millətlər tramvayı adlanan bu xətt 2027-ci ildə istismara veriləcək. Bundan sonra 2 şəhər arasındakı gediş müddəti 16 dəqiqəyə enəcək. tramvay həm də avtobus reyslərinin sayını azaltmağa imkan verəcək.
Vüqar
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.