EN

Azərbaycanla Bosniya və Herseqovina arasında hərbi əməkdaşlıq planı imzalanıb

Bosniya və Herseqovinada rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin müdafiə naziri cənab Zukan Helez ilə görüşüb. APA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib...

Görüş zamanı hər iki ölkə arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.

Qarşılıqlı səfərlərin və bu cür görüşlərin hərbi əlaqələrin genişlənməsinə, səmərəli təcrübə mübadiləsinin aparılmasına töhfə verdiyi vurğulanıb.

Tərəflər, həmçinin hərbi sahədə maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.

Görüşün yekununda iki ölkənin Müdafiə nazirlikləri arasında hərbi əməkdaşlıq planı imzalanıb, nazirlərin iştirakı ilə mətbuat konfransı keçirilib.

Rəsmi səfər proqramına uyğun olaraq general-polkovnik Zakir Həsənov hərbi sənaye zavoduna və digər hərbi təyinatlı obyektə baş çəkib, orada yaradılan şərait və istehsalat avadanlıqları ilə tanış olub.

Poliqon.info

Chosen
17
20
poliqon.info

10Sources