EN

Bakı-Tbilisi-Qars dəmir yolunun ötürücülük qabiliyyətinin üç dəfə artırılması planlaşdırılır - Gürcüstan İqtisadiyyat Nazirliyi

Bakı. Trend:

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolununun ötürücülükqabiliyyətinin 2025-ci ilin sonuna kimi üç dəfə artırılmasıplanlaşdırılır.

Trend xəbər verirki, bunu bu gün Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişafNazirliyi nəzdində “Enterprise Georgia” agentliyinin ixracıntəşviqi departamentinin rəhbərinin müavini Ketevan Kebuladze “Asiyaİnkişaf Bankının “Asiyada kiçik və orta biznesin monitorinqi 2025”(ASM 2025) adlı hesabatının Bakıdakı təqdimatı zamanı deyib.

Onun sözlərinə görə, Anakliya dərin dəniz limanının tikintisidavam edir və ilk mərhələdə limanın tutumunun 600 000 TEU artacağıvə limanın ilk gəmini 2029-cu ilə qədər qəbul edəcəyigözlənilir.

“Biz təkcə fiziki əlaqələri inkişaf etdirmirik, həm də rəqəmsaldəhlizlər yaradır, dəniz sahəsində ‘vahid pəncərə’ və liman icmasısistemlərini tətbiq edirik. Bu təşəbbüslər dəhlizləri təkcəlogistik marşruta deyil, həm də qlobal səviyyədə informasiyamagistralına çevirir”, – deyə o bildirib.

Qeyd edək ki, Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolunun uzunluğutəxminən 850 kilometrdir, onun 500 kilometrdən çoxu Azərbaycanınərazisindən keçir. BTQ Avropa ilə Asiyanı birləşdirən ən qısa vəetibarlı marşrutdur və onun fəaliyyətə başlaması Azərbaycan üçün“Şərq–Qərb” nəqliyyat dəhlizi çərçivəsində logistik imkanlarıngenişlənməsinə səbəb olub.

Bakı–Tbilisi–Qars xətti artıq Avrasiya nəqliyyat xəritəsininmühüm hissəsinə çevrilib və regionda sabitlik və təhlükəsizliyintəmin olunmasına xidmət edir.

2024-cü ildə Gürcüstan ərazisində BTQ-nin modernləşdirilməsiişləri tamamlanıb ki, bu da dəmir yolunun illik yükgötürməqabiliyyətini 1 milyon tondan 5 milyon tona qədər artırmağa imkanverib. Modernləşdirmə işlərinin 2024-cü il mayın 20-də başaçatmasından sonra Bakı–Tbilisi–Qars dəmir yolu ilə yük daşımalarıbərpa olunub və ilk yük Türkiyəyə göndərilib.

Məqalədə:
Chosen
110
1
az.trend.az

2Sources