EN

Tuncay Şanlı yenidən “Fənərbağça”da - ARENA.AZ

Futbol üzrə Türkiyə millisinin və “Fənərbağça” klubunun əfsanəvi oyunçularından olmuş Tuncay Şanlı sabiq komandasına qayıdıb.

Arena.az xəbər verir ki, sabiq hücumameyilli yarımmüdafiəçi İstanbul təmsilçisində inkişaf direktoru vəzifəsinə təyin olunub.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, Tuncay “Fənərbağça”nın aşağı yaş qruplarından ibarət kollektivləri ilə əsas komanda arasında struktur koordinasiyanın gücləndirilməsinə çalışacaq.

Xatırladaq ki, Tuncay Şanlı 2002-2007-ci illərdə “Fənərbağça”da çıxış edib. O, bu müddət ərzində 207 oyunda 77 qol vurub, 33 məhsuldar ötürmə verib. Tuncay “Fənərbağça” ilə 3 dəfə (2003/2024, 2004/2005 və 2006/2007) Türkiyə çempionu olub.

Şanlı futbolçu karyerası dönəmində “Midlsbro”, “Stok Siti”, “Bursaspor”, “Sakaryaspor”, “Umm Salal”, “Bolton”, “Pune Siti”, “Volfsburq” kimi klubların da şərəfini qoruyub. O, Türkiyə millisinin heyətində meydana çıxdığı 80 oyunda 22 qol və 15 assist müəllifi olub.

2016-cı ildən məşqçiliyə başlamış Tuncay “Sakaryaspor”, “Ümraniyəspor” və “Çorum” kimi komandalara rəhbərlik edib.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Chosen
25
21
arena.az

10Sources