EN

Təyyarə qəzasında həlak olan hərbçilərin nəşləri Türkiyəyə aparılacaq

Gürcüstanda təyyarə qəzasında həlak olan hərbçilərin nəşləri Türkiyəyə aparılacaq.

Missiya.Az xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran bildirib.

O qeyd ki, hadisə yerində axtarış-xilasetmə və qəza araşdırma qrupları işlərini davam etdirir. Şəhidlərin cənazələri A-400M təyyarəsi vasitəsilə Gürcüstandan ölkəyə gətiriləcək.

Duran həmçinin əlavə edib ki, dağıntıların axtarışı və xilasetmə işləri zamanı Gürcüstan tərəfi bütün resurslarını səfərbər edərək operativ dəstək göstərib. 

"Qəza baş verdiyi andan etibarən bütün imkanlarını səfərbər edərək çevik reaksiya göstərən və bizə dəstək verən Gürcüstan rəsmilərinə təşəkkür edirik".

Seyranə QuliyevaMissiya.Az

Chosen
76
missiya.az

1Sources