EN

İslandiya yığmasının baş məşqçisi: "Azərbaycanla matçı səbirsizliklə gözləyirik"

BAKI, 12 noyabr. TELEQRAF

“Bizim üçün çox vacib oyundur".

Teleqraf xəbər verir ki, bu sözləri İslandiya yığmasının baş məşqçisi Arnar Qunnlauqsson DÇ-2026-nın seçmə mərhələsində Bakıda Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

53 yaşlı mütəxəssis bildirib ki, pley-off şanslarını qorumaq üçün sabahki görüşdə uğurlu nəticə qazanmaq istəyirlər:

"Pley-off şanslarını qorumaq üçün bu görüşü gözləyirik. Son oyunumuz Ukrayna ilədir. Azərbaycanla matçı səbirsizliklə gözləyirik. İki gündür Bakıdayıq, Bakı çox gözəl şəhərdir".

Qeyd edək ki, Azərbaycan – İslandiya matçı sabah “8-ci km” stadionunda saat 21:00-da start götürəcək.

Chosen
111
teleqraf.com

1Sources