EN

Tramp İsrail prezidentinə çağırış etdi: Netanyahunu əfv edin

ABŞ prezidenti Donald Tramp İsrail prezidenti İsaak Hersoqdan Baş nazir Benyamin Netanyahuya qarşı korrupsiya işi ilə bağlı tam əfv verilməsini rəsmi şəkildə istəyib.

Publika.az xəbər verir ki, bu barədə “Haaretz” məlumat yayıb.

Tramp Baş nazirə qarşı açılan işi “siyasi motivli və əsassız” adlandırıb: “Onu əfv etmək və bu vəziyyətə birdəfəlik son qoymaqla İsraili birləşdirməsinə icazə verməyin vaxtıdır”.

Öz növbəsində, Hersoq qeyd edib ki, əfv almaq istəyən hər kəs mövcud qaydalara uyğun olaraq ərizə verməlidir.

Tramp ilk dəfə bu məsələni oktyabrın 13-də, Knessetdə (İsrail parlamenti) çıxışı zamanı qaldırıb. O, səhvən Netanyahunu prezident adlandıraraq deyib: “Mənim bir fikrim var, niyə Netanyahunu əfv etmirsiniz? O, müharibə dövrünün ən böyük prezidentlərindən biridir”.

Chosen
17
publika.az

1Sources