EN

STEAM tədris olunan məktəblərin sayı açıqlanıb

Hazırda STEAM dərsləri III–IX siniflərdə tədris olunur. 2025–2026-cı tədris ilində 407 ümumtəhsil müəssisəsində STEAM tədris olunur.

Bu barədə sorğusuna cavab olaraq STEAM Azərbaycan layihəsinin İctimaiyyətlə əlaqələr və kommunikasiya bölməsinin rəhbəri Gülnar Xanəliyeva məlumat verib. O bildirib ki, ölkə üzrə 21 STEAM Mərkəzi fəaliyyət göstərir. Layihə, həmçinin işğaldan azad edilmiş ərazilərdə və Naxçıvanda icra olunur.

Chosen
20
3
tehsil.biz

4Sources