EN

İranda yanacaqdoldurma məntəqəsində partlayış: yaralananlar var

İranın Fars əyalətinin Cəhrom şəhərində yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində ikisi ağır olmaqla yeddi nəfər xəsarət alıb.

"Yeni Sabah" xəbər verir ki, məlumatı "Khabarfoori" yayıb.

Bildirilib ki, yaralılardan ikisi helikopterlə Şirazdakı Əmir əl-Möminin yanıq xəstəxanasına aparılıb.

Hadisənin səbəbi məlum deyil. Araşdırma aparılır./Report


Telegram kanalımız
Chosen
23
1
yenisabah.az

2Sources