EN

Naxçıvanda yanacaqdoldurma məntəqəsində yanğın oldu - FOTO/VİDEO

Naxçıvanda yanacaqdoldurma məntəqəsində yanğın baş verib.

Bizim.Media apa-ya istinadən xəbər verir ki, yanğın yanacaqdoldurma məntəqəsinin ambarında baş verib.
 

Hadisə yerinə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin, Naxçıvam Şəhər Polis İdarəsinin və Təcili Tibbi Yardım xidmətinin əməkdaşları cəlb olunub.


Yanğın yanğından mühafizə bölmələri tərəfindən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 3 nəfər tüstüdən zəhərlənib. Zəhərlənən şəxslərə ilkin tibbi yardım göstərilib.












Bizim.Media

Chosen
21
3
bizim.media

10Sources