EN

Millinin futbolçusu Anton Krivotsyuk: Bizi çətin oyun gözləyir

BAKI, 12 noyabr. TELEQRAF

“Rəqibimizi yaxşı tanıyırıq. Heyətlərində yaxşı və kreativ futbolçular var. Bilirik ki, bizi çətin oyun gözləyir. Amma biz hazırıq. İnanırıq ki, yaxşı performans göstərəcəyik”.

Teleqraf xəbər verir ki, bu sözləri Azərbaycan millisinin futbolçusu Anton Krivotsyuk DÇ-2026-nın seçmə mərhələsində Bakıda İslandiya yığmasına qarşı oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

Futbolçu əlavə edib ki, Ayxan Abbasovun milliyə gəlişindən sonra yığmada çox şey dəyişməyib: "Hamı görür ki, milli ruhumuz var. Nəticə gətirməliyik, buni bilirik. Sabah da bunu göstərə bilərik".

Qeyd edək ki, Azərbaycan – İslandiya matçı sabah “8-ci km” stadionunda saat 21:00-da start götürəcək.

Chosen
70
teleqraf.com

1Sources