Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında növbəti qələbəsini qazanıb.
90deqiqe.Az-ın məlumatına görə, yığmamız yarımfinal mərhələsində Əfqanıstan komandası ilə qarşılaşıb. Rəqibini 3:0 hesabı ilə məğlub edən Azərbaycan millisi finala vəsiqə əldə edib.
Komandamız həlledici qarşılaşmada Türkiyə ilə üz-üzə gələcək. Final oyunu noyabrın 13-də, Bakı vaxtı ilə saat 16:00-da keçiriləcək.