EN

Venesuelada kütləvi səfərbərlik elan edilib

Venesuela hökuməti hərbçilərin kütləvi səfərbərliyini elan edib. Hökumətin qərarı ABŞ-nin Karib dənizi regionuna qoşun göndərməsinə cavab olub.

Bu barədə məlumatı CNN yayıb.

Venesuelanın müdafiə naziri Vladimir Padrino Lopes bildirib ki, bu addım ABŞ-dən gələn imperialist təhdidə cavabdır. Müdafiə Nazirliyi ehtiyatda olan mülki şəxslərdən ibarət Bolivar milisinin iştirakı ilə təlimlərin başlandığını elan edib.

Bildirilir ki, ABŞ-nin ən böyük "USS Gerald R. Ford" aviadaşıyıcısı Latın Amerikası və Karib hövzəsini əhatə edən Cənub Komandanlığının məsuliyyət zonasına daxil olaraq, ABŞ Hərbi Dəniz Qüvvələrinin USSOUTHCOM məsuliyyət zonasında yerləşən digər səkkiz gəmisinə qoşulub.

Daha əvvəl Pentaqon bəyan etmişdi ki, aviadaşıyıcı və onun zərbə dəstəsi narkotiklərə qarşı mübarizə səylərini dəstəkləmək üçün regiona yollanacaq.
Chosen
20
7news.az

1Sources