EN

Budapeştdə Zəfər Gününün 5-ci ildönümü qeyd edilib (FOTO)

Bakı. Trend:

Macarıstanın paytaxtı Budapeştdə 8 Noyabr – Zəfər Gününün 5-ciildönümünə həsr olunan tədbir keçirilib.

Trend xəbər verir ki, bu barədə AzərbaycanRespublikasının Diasporla İş üzrə Dövlət Komitəsi məlumatyayıb.

Bildirilir ki, tədbir Azərbaycan Respublikasının Diasporla İşüzrə Dövlət Komitəsinin, komitənin tabeliyindəki AzərbaycanDiasporuna Dəstək Fondunun dəstəyi, Budapeştdə fəaliyyət göstərənAzərbaycan Evinin və Azərbaycan Respublikasının MacarıstandakıSəfirliyinin birgə təşkilatçılığı ilə baş tutub.

Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə çıxışındaPrezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyialtında rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsindəAzərbaycan torpaqlarının 30 illik işğalına son qoyaraq dövlətimizinərazi bütövlüyünü, beynəlxalq hüququ və tarixi ədaləti bərpaetdiyini bildirib. 9 Noyabrın hər il Azərbaycanda Dövlət BayrağıGünü kimi qeyd edildiyini də xatırladan səfir bu gün üçrənglibayrağımızın ölkəmizin hər bölgəsində qürurla dalğalandığınıvurğulayıb.

Azərbaycan Evinin rəhbəri İbrahim Səfərli Zəfər Gününün tarixiəhəmiyyətindən danışıb, qazanılan qələbənin ölkəmizin ərazibütövlüyünün və suverenliyinin, xalqımızın qəhrəmanlığının vəbirliyinin rəmzi olduğunu qeyd edib. Bu parlaq qələbədən sonraAzərbaycan xalqının Dövlət Bayrağı Gününü daha böyük qürur vəsevinclə qeyd etdiyini dilə gətirib.

Tədbirdə Zəfər Gününə həsr olunan videoçarxların nümayişimaraqla izlənib.

Mərasim “Harmoniyada Zəfər” adlı konsert proqramı ilə davamedib. Gənc pianoçular Ayan Məmmədli və Sona Ağarzayeva xalqmahnılarımızı, Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləriniifa ediblər.

Budapeştdə
Budapeştdə
Budapeştdə
Budapeştdə
Budapeştdə
Budapeştdə
Budapeştdə
Chosen
34
3
az.trend.az

4Sources