ain.az, Yenisabah saytına istinadən bildirir.
Gürcüstanda baş verən təyyarə qəzası ilə bağlı axtarış-xilasetmə əməliyyatları davam edir.
APA-nın Türkiyə bürosunun məlumatına görə, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan bildirib.
Nazir Gürcüstan hökumətinə göstərdiyi yardım və əməkdaşlığa görə təşəkkürünü ifadə edib.
Xatırladaq ki, dünən Azərbaycandan Türkiyəyə istiqamətlənən Türkiyəyə məxsus C130 tipli hərbi nəqliyyat təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb. Qəza nəticəsində təyyarədə olan 20 hərbçinin hamısı həyatını itirib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.