EN

Vətən müharibəsinin şəhid və qazilərinin əmanətləri İstanbulda (FOTO)

Bakı. Trend:

Vətən uğrunda canından keçən qəhrəmanlarımızın ailələrinə, ocümlədən övladlarına göstərilən mənəvi və sosial qayğının, həmçininAzərbaycan-Türkiyə münasibətlərinin “Bir millət, iki dövlət”prinsipi əsasında möhkəmlənməsinin bariz nümunəsi olan növbətisosial-humanitar layihə gerçəkləşdirilib.

Trend xəbər verir ki, bu barədə AzərbaycanRespublikasının Diasporla İş üzrə Dövlət Komitəsi məlumatyayıb.

Bildirilir ki, layihə Azərbaycan Respublikasının Diasporla İşüzrə Dövlət Komitəsinin tabeliyindəki Azərbaycan Diasporuna DəstəkFondunun dəstəyi, “YAŞAT” Fondunun, İstanbul şəhərininQaziosmanpaşa Kaymakamlığının və Türkiyə-Azərbaycan DərnəkləriFederasiyasının (TADEF) tərəfdaşlığı ilə baş tutub.

Vətən müharibəsində şanlı Zəfərin 5 illiyi münasibətilə şəhid vəqazi övladlarının İstanbul şəhərinə səfəri təşkil edilib.

Səfərin əsas məqsədi Azərbaycan və Türkiyə şəhid övladlarıarasında qarşılıqlı dostluq əlaqələrinin möhkəmləndirilməsi,onların sosial inteqrasiyasına və mənəvi inkişafına dəstəkgöstərilməsi, eyni zamanda iki qardaş ölkə arasında ortaq tarixi,milli-mənəvi dəyərlərin təbliği və qorunmasıdır.

Səfər çərçivəsində qonaqlar Türkiyə Respublikasının qurucusuMustafa Kamal Atatürkün Anım mərasimində, eləcə də şəhid Anıl KaanAybek adına məktəbdə keçirilən xatirə tədbirində iştirak edib. Dahasonra Gaziosmanpaşa Kaymakamlığını ziyarət edərək kaymakam İskenderYönden ilə görüşüblər. Görüşdə qardaşlıq münasibətlərinin daha dainkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

İştirakçılar 5 günlük səfər çərçivəsində İstanbulun tarixigörməli yerlərini, muzeyləri və abidələri ziyarət edəcək,Azərbaycan və Türkiyə gəncləri arasında mədəniyyətlərarası dialoqunvə dostluğun möhkəmlənməsinə yönəlmiş görüşlər keçirəcəklər.

Vətən
Vətən
Vətən
Vətən
Vətən
Vətən
Vətən
Vətən
Chosen
27
2
az.trend.az

3Sources