
Serbiya Baş Naziri Duro Macut bildirib ki, ölkəsi Avropa İttifaqına (Aİ) üzvlük üçün tələb olunan kriteriyaların 65%-ni tamamlayıb.
"Tələblərin 65%-ni yerinə yetirmişik, lakin bəzi ölkələrdə bu göstərici daha yüksəkdir," - deyə Olaylar xəbər verir ki, Macut "Tanjug" agentliyinə açıqlamasında qeyd edib.
Eyni zamanda, əlavə 20-30% tələbin əsasən Brüsselin Rusiya və digər ölkələrə qarşı tətbiq etdiyi sanksiyalar siyasəti ilə bağlı olduğu vurğulanır.
Qeyd edək ki, Avropa Parlamenti daha əvvəl Serbiyanın Aİ üzvlüyü perspektivinə dəstək verdiyini, lakin bunun üçün Rusiyaya qarşı sanksiyaların tətbiqini şərt kimi irəli sürdüyünü açıqlamışdı.
İbrahim Məmmədli
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31