EN

“Həbib döyüşməkdən daha çox pul qazandı və karyerasını bitirdi”

UFC prezidenti Dana Uayt rusiyalı döyüşçü, keçmiş yüngül çəki üzrə UFC çempionu Həbib Nurməhəmmədovun karyerasını bitirməsi ilə bağlı fikirlərini açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, “Prince St. Pizza” funksionerin dediklərini belə çatdırıb.

“Bizim müsəlman çempionumuz var idi və o, müsəlman ölkələrində turnelərə çıxdı. Səudiyyə Ərəbistanı, Abu-Dabi, Qətərdə çıxış etdi, pul onun üzünə yağdı. O qədər pul qazandı ki, artıq döyüşməyə ehtiyacı qalmadı. Daha sonra atası vəfat etdi ki, bu da onun üzərində böyük təsir etdi”

Xatırladaq ki,Həbib Nurməhəmmədov son döyüşünü 24 oktyabr 2020-ci ildə Abu-Dabidəki Yas Adasında UFC 254 turnirində keçirib. Rəqibi, yüngül çəki üzrə müvəqqəti UFC çempionu amerikalı Castin Qetji olub. Döyüş ikinci raundda rusiyalı döyüşçünün boğma üsulu ilə qələbəsi ilə başa çatıb. Bu, Həbibin karyerasında 29-cu qələbəsi olub. Döyüşdən sonra o, MМА karyerasını bitirdiyini açıqlayıb.

Chosen
72
90deqiqe.az

1Sources