EN

“Konstitusiya və Suverenlik dövlətçiliyimizin əsas amilidir” mövzusunda seminar keçirilib

Bakı, 12 noyabr, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Heydər Əliyev Mərkəzində “Konstitusiya və Suverenlik dövlətçiliyimizin əsas amilidir” mövzusunda seminar keçirilib.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, 12 Noyabr - Konstitusiya Gününə həsr olunmuş seminarda əvvəlcə qonaqlar ekspozisiya zalında Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Mərkəzin böyük elmi işçisi Arifə Mustafayeva bildirib ki, müstəqil dövlətin 30 il əvvəl Ulu Öndərin rəhbərliyi ilə hazırlanmış ilk Konstitusiyasının qəbul edilməsi ölkəmizin müasir tarixində müstəqillik, hüquq və demokratiya prinsiplərinə əsaslanan dövlət quruculuğunun başlanğıcı kimi mühüm əhəmiyyət daşıyır.

Mərkəzin bələdçisi Mayrux Cavadova “Konstitusiya və Suverenlik İli: dövlətimizin hərtərəfli inkişafının mühüm mərhələsidir” mövzusunda mühazirə ilə çıxış edib.

Seminarda çıxış edən Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin müəllimi Pərvanə Babayeva ölkəmizin Konstitusiya prinsiplərinə sadiqliyini, dövlət müstəqilliyinin qorunub saxlanmasında hüquqi düçüncənin vacibliyini və vətənpərvərlik hissinin vacibliyini diqqətə çatdırıb.

Daha sonra Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Esmira Tağıyeva “Azərbaycan Respublikasının Konstitusiya Gününün əhəmiyyəti” mövzusunda təqdimatla çıxış edərək iştirakçılara geniş məlumat verib. BDU-nun və Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin tələbələrinin iştirakı ilə fikir mübadiləsi aparılıb.

Sonda 12 Noyabr - Konstitusiya Gününə həsr olunmuş videoçarx təqdim olunub.

 

Chosen
33
1
azertag.az

2Sources