Newscenter.az saytından alınan məlumata görə, ain.az bildirir.
Vyanada Rusiya, Çin və İranın beynəlxalq təşkilatlar yanında daimi nümayəndələri Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) rəhbəri Rafael Qrossi ilə görüşüb. Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Rusiyanın Vyanadakı daimi nümayəndəsi Mixail Ulyanov məlumat verib."Çin, İran və Rusiyanın Daimi Nümayəndələri bu gün MAQATE-nin Baş direktoru Rafael Qrossi və onun komandası ilə MAQATE-nin Rəhbərlər Şurasının qarşıdan gələn sessiyası ilə bağlı fikir mübadiləsi aparmaq üçün görüşüblər", - deyə o, Telegram kanalında yazıb .Qeyd edək ki, MAQATE-nin Rəhbərlər Şurasının növbəti sessiyası noyabrın 17-dən 21-dək Vyana Beynəlxalq Mərkəzində keçiriləcək. İclasın gündəliyi və mövzusu isə hələ açıqlanmayıb.Mehman Mehdiyev
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.