EN

Savaş hazırlığı başladı: 200 min hərbçi cəbhəyə yollanır

GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Venesuelanın müdafiə naziri Vladimir Padrino Lopez ABŞ-ın Karib dənizi regionunda artan hərbi fəallığına cavab olaraq ölkədə 200 min əsgərin səfərbər edildiyini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Week” məlumat yayıb. Nazir bildirib ki, bu addım Venesuelanın qarşılaşdığı potensial təhlükələrə qarşı hazırlıq məqsədi daşıyır və iki gün davam edəcək genişmiqyaslı hərbi təlimlərin bir hissəsidir.

Lopez qeyd edib ki, Karib hövzəsində sülh təhlükə altındadır. Onun sözlərinə görə, ABŞ Dövlət Departamentinin yaydığı yalan məlumatlar bölgədə gərginliyi artırır:

“ABŞ-ın Karib regionundakı hərbi fəaliyyəti sülh üçün real təhdiddir. Bu yalanlar Vaşinqtonun öz daxilindəki problemlərdən diqqəti yayındırmaq məqsədi daşıyır. Onlar yalanlarını və Venesuelaya qarşı hücumlarını davam etdirəcəklər. Biz isə daha çox iş, daha çox birlik və daha çox vətənpərvərlik nümayiş etdirəcəyik”.

Tahir Turan

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
26
globalinfo.az

1Sources