EN

Saakaşvili həbsxanaya qaytarıldı

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili "Vivamed" klinikasında uzun müddət müalicə aldıqdan sonra həbsxanaya qaytarılıb. Siyasətçi 2022-ci ilin may ayından bəri orada müalicə alıb.


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, Gürcüstanın Xüsusi Penitensiar Xidmətinin açıqlamasında deyilir ki, Mixeil Saakaşvilinin vəziyyəti qənaətbəxş hesab edildiyindən və artıq stasionar müalicəyə ehtiyacı olmadığından, keçmiş prezident klinikadan çıxarılıb və 12 saylı cəzaçəkmə müəssisəsinə qaytarılıb.

Qeyd edək ki, Saakaşvili 1 oktyabr 2021-ci ildən həbsdədir. Bu müddət ərzində dəfələrlə aclıq aksiyası keçirib. Səhhətinin pisləşməsi səbəbindən o, "Vivamed" özəl klinikasına köçürülüb.

Chosen
10
4
manset.az

10Sources