FIBA Çempionlar Liqasında "Elan Şalon" "Sabah"ı 87:89 hesabı ilə məğlub edib.
Offsideplus.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında rəqib baş məşqçi Savo Vuçeviç fikirlərini bölüşüb:
"Sabah"ı təbrik edirəm, çünki yaxşı oynadılar. Onlar get-gedə daha yaxşı olurlar. Son periodlarda necə geridönüş edə biləcəyimizi bildik. Nə baş verdiyini anlamaq bizim vaxtımızı aldı. Bizim çox oyunçumuz və rotasiyalarımız var. Rəqib yoruldu və nəticə belə oldu".
Bu matçda 23 xala imza atan Cordan Taker oyunu belə şərh edib:
"Oyunun başlanğııcı daha pis ola bilməzdi. Topu ötərndə səhvə yola verdik. Mənim, hamımızın enerjisinə təsir etdi. Məşqçi taym-autda bunu bizə bildirdi və səhvlərimizi düzəltdik".