EN

ABŞ Panama Kanalını Çinin zərərli təsirindən təmizləyir - Heqset

ABŞ Çinin Panama Kanalına təsirinə qarşı mübarizə aparır. Musavat.com xəbər verir ki, bunu ABŞ Müdafiə Naziri Pit Heqset deyib.

O, İndianada keçirilən müdafiə konfransında çıxışı zamanı bildirib: "Biz Çinin dünyadakı təsirini məhdudlaşdırırıq, Amerika gəmilərinin sərbəst naviqasiyasını təmin etməklə Panama kanalını Çinin mənfi təsirindən azad edirik".

ABŞ Prezidenti Donald Tramp dəfələrlə Panama Kanalına nəzarəti bərpa etmək niyyətini bildirib. Amerika lideri həmçinin Çinin bu strateji su yoluna təsirindən şikayətlənib.

 

Musavat.com

 

Chosen
87
musavat.com

1Sources