EN

BAEA Tehranda yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarının həcmini açıqlayıb

Bakı. Trend:

Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) İsrail və ABŞ-ın iyunayında həyata keçirdiyi hərbi hücumlardan sonra İranda yüksəkdərəcədə zənginləşdirilmiş uran ehtiyatlarının yoxlanmasıprosesində çətinliklərin yarandığını açıqlayıb.

Trend xəbər verir ki,yoxlamalar yalnız hücumlardan zərər görməyən obyektlərdə aparılıb,İran isə zədələnmiş obyektlərə girişə icazə verməyib.

Agentliyin üzv dövlətlər üçün hazırladığı məxfi hesabatda qeydolunur ki, zənginləşdirilmiş uran ehtiyatlarının uçotu “artıq uzunmüddətdir gecikir”. BAEA xatırladıb ki, qaydalara əsasən, 60%-əqədər zənginləşdirilmiş uran ehtiyatları hər ay yoxlanmalıdır. Bugöstərici nüvə silahı üçün tələb olunan səviyyəyə (təxminən 90%)yaxındır.

Hesabatda vurğulanır ki, zədələnmiş obyektlərdəki uranehtiyatlarının vəziyyəti müəyyən edilə bilmir və bu problemin“təcili şəkildə həll edilməsi” vacibdir.

BAEA-nın qiymətləndirməsinə əsasən, hərbi hücumlaradək İran440,9 kiloqram yüksək dərəcədə zənginləşdirilmiş uranı uranheksafluorid şəklində saxlayırdı. Agentliyin meyarlarına görə, bumiqdar onadək nüvə silahı istehsal etmək üçün kifayətdir.

Mənbələr bildirir ki, hücumlar zamanı uranın bir hissəsi məhvedilsə də, ehtiyatların əsas hissəsi İsfahandakı dərin yeraltımüəssisədə qorunub saxlanılıb. Həmin obyektin giriş tunelləri zərbəalsa da, əsas infrastruktura ciddi zərər dəymədiyi bildirilir.

Chosen
36
2
az.trend.az

3Sources