EN

İranın uran ehtiyatları hücumlar zamanı ciddi zərər görüb

Sherg.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) İsrail və ABŞ-nin iyun ayında həyata keçirdiyi hücumlardan sonra İranda yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarının yoxlanması prosesində çətinliklərin yarandığını açıqlayıb.

Teleqraf xəbər verir ki, yoxlamalar yalnız hücumlardan zərər görməyən obyektlərdə aparılıb.

İran zədələnmiş obyektlərə girişə icazə verməyib.

Agentliyin üzv dövlətlər üçün hazırladığı məxfi hesabatda qeyd olunur ki, zənginləşdirilmiş uran ehtiyatlarının uçotunu hazırlamaq mümkün olmayıb.

Qaydalara əsasən, 60%-ə qədər zənginləşdirilmiş uran ehtiyatları hər ay yoxlanmalıdır. Bu göstərici nüvə silahı üçün tələb olunan səviyyəyə (təxminən 90%) yaxındır.

Hesabatda vurğulanır ki, zədələnmiş obyektlərdəki uran ehtiyatlarının vəziyyəti müəyyən edilə bilmir və bu problemin təcili şəkildə həll edilməsi vacibdir.

BAEA-nın qiymətləndirməsinə əsasən, hərbi hücumlaradək İran 440,9 kiloqram yüksək dərəcədə zənginləşdirilmiş uranı heksafluorid şəklində saxlayırdı. Bu miqdar bir neçə nüvə silahı istehsal etmək üçün kifayətdir.

Mənbələr bildirir ki, hücumlar zamanı uranın bir hissəsi məhv edilsə də, ehtiyatların əsas hissəsi İsfahandakı dərin yeraltı bunkerdə qorunub saxlanılıb. Həmin obyektin giriş tunelləri zərbə alsa da, əsas infrastruktura ciddi zərər dəymədiyi bildirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
9
2
sherg.az

3Sources