EN

Almaniyada Milad bazarı açılmayacaq - Terror təhlükəsi var

Almaniya polisi təhlükəsizlik səbəbi ilə Maqdeburqda Milad bazarını qadağan edib.

Publika.az xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb.

Qadağa 2024-cü ildə Milad bazarında insanların üzərinə avtomobil sürüb qaçan Taleb əl-Abdulmohsenin məhkəməsinin başlaması ilə əlaqədar tətbiq edilib.

Maqdeburq meri Simone Borries qərardan apelyasiya şikayəti verib. O bildirib ki, Alman polisinin məntiqinə əsasən, "festivallara, bazarlara və ya mədəni tədbirlərə icazə verən hər bir şəhər potensial terror təhlükəsi elan edir".

Polisin qadağası, həmçinin Alman Şoumenlər Assosiasiyası arasında qəzəbə səbəb olub. Onlar qeyd ediblər ki, yarmarka açılışdan cəmi iki həftə əvvəl, tədbirə hazırlıqlar demək olar ki, başa çatdığı bir vaxtda ləğv edilib.

Chosen
49
publika.az

1Sources