EN

Şolts Alman hökumətinin dağılmasının səbəbini açıqladı

BAKI, 13 noyabr. TELEQRAF

Almaniyanın keçmiş kansleri Olaf Şolts hökumətinin dağılmasına Ukraynaya maliyyə dəstəyinə ayrılan təxminən 15 milyard avronun səbəb olduğunu açıqlayıb.

Teleqraf xəbər verir ki, o, bu barədə "Die Zeit" nəşrinə müsahibə verib

Şolts bildirib ki, kabinetdə fikir ayrılığı Ukraynanın və onun vətəndaşlarının Almaniyada dəstəklənməsi üçün əlavə tədbirlərə ayrılması planlanan vəsaitlə bağlı yaranıb. O hesab edir ki, əgər həmin vəsait “borc əngəli” çərçivəsində limitin artması yolu ilə təmin olunsaydı, hökumətindəki böhran qarşısı alına bilərdi.

Qeyd edək ki, Almaniyada əvvəlki hökumətin dağılması nəticəsində fevralın 23-də növbədənkənar parlament seçkiləri keçirilib. Yeni kansler Almaniya parlamenti tərəfindən 6 may 2025-ci ildə seçilib.

Chosen
41
teleqraf.com

1Sources