EN

ABŞ BMT TŞ-yə Qəzzada beynəlxalq qüvvələrin yerləşdirilməsini təklif edib

ABŞ BMT Təhlükəsizlik Şurasında bir neçə ölkəyə Qəzza zolağında ən azı iki il müddətinə hərbi kontingentin yaradılmasını nəzərdə tutan qətnamə layihəsi təqdim edib.

APA xəbər verir ki, bu barədə mənbələrə istinadən “Axios” məlumat verib.

Qətnamə layihəsinin "ABŞ-a və digər iştirakçı ölkələrə Qəzza zolağını idarə etmək və 2027-ci ilin sonuna qədər təhlükəsizliyi təmin etmək üçün geniş səlahiyyətlər verdiyi, lakin uzadılma ehtimalının da olduğu bildirilir.

Mənbələrdən biri sənədin yaxın günlərdə BMT Təhlükəsizlik Şurası tərəfindən müzakirə olunacağını bildirib.

ABŞ qətnamə ilə bağlı daha sonra səsvermənin keçirilməsini və beynəlxalq qüvvələrin Qəzzada yerləşdirilməsinin yanvar ayına qədər başlamasını istəyir.

Chosen
20
1
apa.az

2Sources