EN

Quterreş: Qəzzadakı atəşkəs dəfələrlə pozulub

BAKI, 13 noyabr. TELEQRAF

BMT-nin baş katibi Antoniu Quterreş Qəzzada elan olunan atəşkəsin dəfələrlə pozulmasına baxmayaraq, hələ də qüvvədə olduğunu bildirib.

Teleqraf xəbər verir ki, bQuterreş bu fikirləri Nyu-Yorkda BMT-nin Baş qərargahında Afrika İttifaqı ilə BMT arasında keçirilən yüksək səviyyəli görüşdən sonra Afrika İttifaqı Komissiyasının sədri Mahmud Əli Yusiflə birgə keçirdiyi mətbuat konfransında səsləndirib.

“Qəzzadakı atəşkəs çox kövrəkdir, bir neçə dəfə pozulub, amma hələ də qüvvədə qalır,” baş katib vurğulayıb.

O əlavə edib ki, atəşkəsə tam əməl olunması Fələstin xalqının öz müqəddəratını təyin etməsi və iki dövlətli həllin reallaşdırılması üçün zəruri şəraitin yaradılmasına imkan verəcək ikinci mərhələ danışıqlarının yolunu aça bilər.

Quterreş humanitar yardımın çatdırılması məsələsində hələ də bir sıra maneə və çətinliklərin qaldığını qeyd edib. Bununla belə, BMT-nin Qəzzaya yardımları əhəmiyyətli dərəcədə artırdığını bildirib. O, həmçinin vurğulayıb ki, bundan sonrakı addımlar BMT Təhlükəsizlik Şurasının qərarları ilə müəyyən ediləcək.

Chosen
50
teleqraf.com

1Sources