EN

Ağstafada avtomobil aşdı -5 nəfər yaralandı

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Qəza nəticəsində 5 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib, onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Xəsarət alanlar 1988-ci il təvəllüdlü Ə.Məmmədova, 1984-cü ol təvəllüdlü G.Qarayeva, 1983-cü il təvəllüdlü N.Muğanova, 1988-ci il təvəllüdlü L.Cəlilova və 1984-cü il təvəllüdlü R.Əliyevdir.

Faktla bağlı araşdırma aparılır.

Chosen
13
6
redaktor.az

8Sources