EN

KT və MRT-nin maliyyə mexanizmi digər tibbi xidmətlərə də tətbiq oluna bilər

Bakı. Trend:

Bu gün yalnız KT və MRT xidmətlərində tətbiq olunan mexanizmingələcəkdə mərhələli şəkildə digər diaqnostik xidmətlərə, laboratoranalizlərə, PET-CT, angioqrafiya və ixtisaslaşdırılmış ambulatormüayinələrə də şamil olunması mümkündür.

Bu sözləri Trend-ə açıqlamasında Milli Məclisin Səhiyyəkomitəsinin sədr müavini Rəşad Mahmudov deyib.

O bildirib ki, bu, sistemin real tələblərinə və maliyyədayanıqlığına uyğun bir addımdır:

"Bu ildən etibarən icbari tibbi sığorta çərçivəsində KT və MRTxidmətlərinin müştərək maliyyələşmə prinsipi ilə göstərilməsisəhiyyə sisteminin davamlı inkişafı baxımından mühüm mərhələsayılmalıdır.

Əslində, bu mexanizmin məqsədi vətəndaşın üzərinə əlavə yükqoymaq deyil, səhiyyə sistemində məsuliyyətin və resurs bölgüsününədalətli şəkildə qurulmasıdır. Uzunmüddətli məqsəd həm vətəndaş,həm tibb müəssisəsi, həm də dövlət üçün davamlı və keyfiyyətlixidmət modelinin formalaşdırılmasıdır.

İllərdir tibbi xidmətlər tam dövlət hesabına təqdim olunduğuüçün bəzi hallarda vətəndaşın yönləndirmə sistemi (ailə həkimi,ixtisaslı həkim, sığorta qaydaları) ilə bağlı qaydalara laqeydmünasibət yaranırdı. Müştərək maliyyələşmə bu yanaşmanı dəyişməküçün stimullaşdırıcı bir vasitədir. Yəni vətəndaş göndəriş olmadanvə ya qeydiyyatda olmadığı yerdə xidmətə müraciət edərsə, müəyyənhissəni özü qarşılayacaq. Bu, həm maliyyə yükününbalanslaşdırılması, həm də xidmətə daha şüurlu müraciətintəşviqidir".

Rəşad Mahmudovun sözlərinə görə, müştərək maliyyələşməsəhiyyənin mahiyyətini dəyişmir, əksinə, onu daha rasional vəşəffaf edir.

"Əgər mexanizm düzgün tətbiq olunarsa, bu model həm vətəndaşınməsuliyyətini artıracaq, həm xidmət keyfiyyətini yüksəldəcək, həmdə icbari tibbi sığortanın uzunmüddətli sabitliyini təminedəcək.

Bu sistemin əsas məqsədi vətəndaşdan əlavə ödəniş almaq deyil,səhiyyənin maliyyə və etik dayanıqlığını təmin etməkdir. Bu, həmxəstənin, həm həkimin, həm də dövlətin maraqlarını eyni səviyyədəqoruyan bir balans mexanizmidir",- deyə o fikirlərinitamamlayıb.

Qeyd edək ki, ixtisaslı həkimin göndərişi əsasında tibbigöstərişi olan, ambulator şəraitdə göstərilən MRT (maqnit-rezonanstomoqrafiyası) və KT (kompüter tomoqrafiyası) xidmətinə görə hərmüraciət üçün bu tibbi xidmətlər üzrə tarifin 20 faizi müştərəkmaliyyələşmə məbləği hesabına ödənilir.

Chosen
85
3
az.trend.az

5Sources