EN

İranda su böhranı: Ermənistan kömək edəcək?

Ermənistan İrana su problemini həll etməkdə praktiki olaraq kömək edə bilmir.

Publika.az xəbər verir ki, bu fikri su ehtiyatları üzrə ekspert Kamo Ağababyan “Sputnik Ermənistan”a müsahibəsində bildirib.

İranın bir sıra əyalətləri uzun sürən quraqlıq səbəbindən içməli və suvarma suyu ilə bağlı ciddi problemlər yaşayıb. İran prezidenti Məsud Pezeşkian yağışın olmaması səbəbindən paytaxtın daha da pisləşən su böhranı ilə üz-üzə qaldığını və noyabrın sonuna qədər yağıntının azalacağı təqdirdə insanların evakuasiyasının tələb olunacağını bəyan edib.

"Mən Ermənistandan İrana suyun nəqli variantını praktiki olaraq qeyri-mümkün hesab edirəm, xüsusən də Tehran kimi böyük bir şəhərin böyük istehlakını nəzərə alsaq. Ermənistanın özünün çoxlu resursu yoxdur. Ola bilsin ki, fövqəladə vəziyyətdə sərhədyanı rayonlardakı ayrı-ayrı yaşayış məntəqələrinə müəyyən qədər su çatdırmaq olardı, lakin bu, yalnız ara-sıra mümkün olacaq", - Ağababyan bildirib.

Ekspert qeyd edib ki, təxminən 10 il əvvəl Ermənistanın quraqlıq zamanı region ölkələrinə nə dərəcədə kömək edə biləcəyini hesablamağa cəhd edilib.

Chosen
26
publika.az

1Sources