EN

Metro və avtobusdan istifadə EDƏNLƏRİN NƏZƏRİNƏ: ödəniş BELƏ OLACAQ

Məbuatda gedən bəzi məlumatlara görə Bakı kartdan ənənəvi istifadə ləğv ediləcək. Yəni birbaşa təmassız ödəniş sisteminə keçid ediləcək. Yerigəlmişkən yaxın keçmişdə Bakı Metropolitenində sərnişinlər artıq gedişhaqlarını NFC-ni dəstəkləyən bütün yerli bank kartları, eləcə də “Apple Pay” və “Google Pay” ilə ödəməkləri ilə bağlı imkan yaradılıb . NFC-dən istifadə zamanı bank kartlarında balans olmasa belə, sərnişinlərə birdəfəlik keçid imkanı veriləcək. Lakin balans artırılmasa, nəqliyyatda kartla ödəniş avtomatik bloklanacaq.

Qeyd edək ki, hazırda eyni turniketdən eyni kartla keçid etmək üçün 10 dəqiqə gözləmək lazım olsa da, digər turniketdən gözləmədən eyni kartla ödəniş etmək mümkündür.

NFC ilə və ya təmassız ödəniş sistemi bütün ictimai nəqliyyata da şamil oluna bilərmi? İnterneti olmayan sərnişinlər NFC ilə necə ödəniş etməlidir? Çıxış yolu nədədir?

2021

Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov Referans-a açıqlamasında bildirib ki, təmassız ödəniş sistemləri və onların əlçatanlığı haqqında NFC texnologiyasına əsaslanan təmasız ödəniş xətlərinin tətbiqi, ümumilikdə, müsbət haldır və biz bu prosesi tam dəstəkləyirik. İnnovasiyaya söykənən, yeniliyi təşviq edən bütün layihələr alqışa layiqdir. Lakin məsələnin mahiyyətinə gəldikdə, bu sistemdən faktiki olaraq istifadə edə biləcək əhali faizini də nəzərə almaq lazımdır.

Ekspert onu da diqqətə çatdırıb ki, enerji və bank sistemləri birbaşa internet üzərindən fəaliyyət göstərir. Bununla belə təmaslı olmayan bu xidmətlərin də işləməsi üçün sabit internet əlaqəsi mütləqdir. Hazırda ölkə əhalisinin təxminən 60–65 faizini gənclər təşkil edir. Bununla yanaşı, kifayət qədər yaşlı insanlar da var və onların internetə çıxış səviyyəsi, rəqəmsal bacarıqları bu sistemin uğurla tətbiqi üçün önəmli faktordur. Ona görə də təmasız ödəniş sistemlərinin əlçatanlığı və əhatə dairəsi sadələşdirilmiş şəkildə qurulmalıdır. Bu, layihəyə həm funksionallıq, həm də sosial inklüzivlik baxımından dəyər qatacaq. Məsələnin digər tərəfi isə ondan ibarətdir ki, bu proqramlar və təminatlar Google, Maps və digər onlayn platformalardan yüklənən tətbiqlərlə inteqrasiya olunacaq.

Ekspertin qənaətinə görə, beləliklə də həmin tətbiqlər sadə interfeysə malik olmalı və xüsusilə orta və yaşlı nəslin istifadəsi üçün əlçatan şərtlərlə təmin edilməlidir. Düzdür, gələcəkdə bu sistemlər tam formalaşdıqdan sonra, yəqin ki, müəyyən güzəştlər, kampaniyalar və ya stimullaşdırıcı mexanizmlər də tətbiq olunacaq. Lakin o vaxta qədər vətəndaşların, xüsusən də yaşlı insanların gediş-gəlişinin və xidmətlərə çıxışının rahatlığını təmin etmək vacibdir.

“Əgər bu texnologiyalar daha geniş miqyasda tətbiq olunsa və sistemlər daha əhatəli işləsə, düşünürəm ki, bu prosesdən yalnız gənclər deyil, həm də yaşlı nəslin nümayəndələri faydalanacaq”, – deyə ekspert qeyd edib.

Chosen
173
48
moderator.az

10Sources