EN

DÇ-2026: Azərbaycan millisi bu gün Bakıda İslandiyanı qəbul edəcək

Azərbaycan milli komandası bu gün DÇ-2026-nın seçmə mərhələsində beşinci oyununa çıxacaq.

 

Senzor.az bildirir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv Bakıda İslandiya yığmasını qəbul edəcək.

 

8-ci kilometr qəsəbə stadionunda keçiriləcək görüş saat 21:00-da başlanacaq. Qarşılaşmanı Monteneqro və Serbiyada olan hakimlər briqadası idarə edəcək.

 

Qrupun digər oyununda Fransa Ukraynanı qəbul edəcək. Bu görüş saat 23:45-də başlayacaq.

 

Qeyd edək ki, dörd oyundan sonra Fransa 10 xalla D qrupunda liderdir. Ukraynanın 7, İslandiyanın 4, Azərbaycanın 1 xalı var.

Chosen
14
2
senzor.az

10Sources