Bu gün Azərbaycan milli komandası 2026-cı il Dünya Çempionatının seçmə mərhələsinin V turunun D qrupu çərçivəsində növbəti oyununa çıxacaq.
XQ xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv Bakıda İslandiya yığmasını qəbul edəcək.
8-ci km qəsəbə stadionundakı qarşılaşma saat 21:00-da start götürəcək. Matçı monteneqrolu FIFA referisi Nikola Dabanoviç idarə edəcək.
Qrupun digər oyununda Fransa Ukraynanı qəbul edəcək. Bu görüş saat 23:45-də başlayacaq.
Qeyd edək ki, dörd oyundan sonra Fransa 10 xalla D qrupunda liderdir. Ukraynanın 7, İslandiyanın 4, Azərbaycanın 1 xalı var.