EN

Yanvar-oktyabr aylarında 45,2 min şəxsə əlillik təyin olunub

10 ayın sosial göstəriciləri

QHT.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2025-ci ilin yanvar-oktyabr ayları ərzində 45,2 min şəxsə əlillik təyin edilib.

Onlardan 20,7 min şəxsə ilkin, 24,5 min şəxsə isə təkrar əlillik təyinatı aparılıb.

Əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir.

Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin edilir.

Chosen
54
8
qht.az

9Sources