EN

Göygölün yeni icra başçısı bu yüksək vəzifəli məmurun oğludur

Ölkə başçısının dünən imzaladığı sərəncamla Vüqar Vahid oğlu Novruzov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Digər sərəncamla o, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Vüqar Novruzov yüksək vəzifəli məmurun oğludur. Belə ki, onun atası Vahid Novruzov uzun illərdi ki, Azərbaycan Respublikası Auditorlar Palatasının sədri vəzifəsində çalışır.

75 yaşlı Vahid Novruzov  iqtisad elmləri doktoru, professordur. O, 1996-cı il aprelin 5-dən indiyə kimi Azərbaycan Respublikası Auditorlar Palatasının sədri vəzifəsində işləyir.

29 ildir Auditorlar Palatasına rəhbərlik edən Vahid Novruzov 2020-ci ildə "Şöhrət” ordeni ilə təltif edilib.

İcra başçısı kimi Naftalandan Göygölə transfer edilən Vüqar Vahid oğlu Novruzov 1980-ci ildə Bakı şəhərində anadan olub. 2001-ci ildə Azərbaycan Texniki Universitetinin mühəndis-menecmenti  ixtisası üzrə bakalavr, 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin mühasibat uçotu və audit ixtisası üzrə magistratura pilləsini, 2017-ci ildə Prezident yanında Dövlət İdarəçilik Akademiyasının dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə magistratura pilləsini bitirib.

Əmək fəaliyyətinə 2002-2003-cü illərdə Hesablama Palatasının Təşkilat şöbəsində böyük mütəxəssis kimi başlayıb. 2003-2007-ci illərdə Hesablama Palatasının böyük mütəxəssisi, məsləhətçisi, aparıcı məsləhətçisi, sektor müdiri, 2007-2019-cu illərdə Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsində məsləhətçi, baş məsləhətçi vəzifələrində, 27 sentyabr 2019-cu il tarixdən 4 dekabr 2019-cu il tarixədək Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışıb.

4 dekabr 2019-cu il tarixində Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib. Dünən isə o Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyinat alıb.

Vüqar Novruzov 2017-ci ildə "Dövlət qulluğunda fərqlənməyə görə”, 2024-cü ildə isə "Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edilib.

Yeni Azərbaycan Partiyasının üzvüdür. Dövlət qulluğunun baş müşaviridir.

Ailəlidir, üç övladı var.
 
 

Chosen
29
30
7news.az

10Sources