EN

Göygölün yeni başçısı məmur oğlu imiş...

Qafqazinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Dünən Naftalan şəhərinin icra başçısı vəzifəsindən azad edilərək Göygöl rayonunun icra başçısı təyin edilən Vüqar Novruzov yüksəkvəzifəli məmurun oğlu imiş.

“Qafqazinfo” xəbər verir ki, Vüqar Novruzov Azərbaycan Respublikası Auditorlar Palatasının sədri Vahid Novruzovun oğludur.

75 yaşlı Vahid Novruzov iqtisad elmləri doktoru, professordur. O, 1996-cı il aprelin 5-dən indiyə kimi Azərbaycan Respublikası Auditorlar Palatasının sədri vəzifəsində işləyir və 2020-ci ildə “Şöhrət” ordeni ilə təltif edilib.

Qeyd edək ki, bu barədə ilk olaraq Modern.az məlumat yayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
38
3
qafqazinfo.az

4Sources