EN

Qəzzadan olan Həmas qüvvələri Türkiyəyə köçürülə bilər

Xalqcebhesi portalından alınan məlumata görə, ain.az xəbər verir.

Qəzza zolağının İsrailin nəzarətində olan hissəsində qalan İzzəddin Əl-Qəssam Briqadalarının (Fələstin HƏMAS hərəkatının silahlı qanadı) üzvləri Türkiyəyə köçürülə bilər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə HƏMAS-a yaxın “Maan” agentliyi məlumat yayıb.

Onun mənbələrinə görə, vasitəçilər “Sarı Xəttdən (HƏMAS və Qəzzadakı İsrail qüvvələri arasında sərhəddən) kənarda, əsasən anklavın cənubundakı Rəfah şəhəri ərazisində yerləşən HƏMAS yaraqlılarının sonradan bölgənin bir neçə ölkəsinə dağıdılması ilə Türkiyə ərazisinə köçürülməsi üçün plan hazırlayırlar”.

Bildirilir ki, bu məsələ ilə bağlı ABŞ, Türkiyə və digər dövlətlərin nümayəndələri arasında məsləhətləşmələr aparılır, lakin İsrailin iştirakı olmadan. Eyni zamanda, agentliyin qeyd etdiyi kimi, İsrail nəinki HƏMAS yaraqlılarının Türkiyəyə deportasiya oluna biləcəyindən xəbərdardır, həm də bu cür əməliyyata əsaslı şəkildə etiraz etmir. Qəzzanın İsrailin nəzarətində olan hissəsində tunellərdə faktiki olaraq ilişib qalan yaraqlıların sayı ilə bağlı təxminlər müxtəlifdir. Maan qeyd edir ki, sözügedən sayı "təxminən 150 silahlı Həmas tərəfdarıdır". Qətərin "Əl Ərəbi" telekanalı bildirib ki, "İzzəddin əl-Qəssam Briqadalarından təxminən 50-60 döyüşçü" Rəfah yaxınlığında qalmaqdadır, "The Wall Street Journal" isə İsrail və ərəb ölkələri onların sayını 200-300 nəfər olaraq qiymətləndirir.

Məryəm Quliyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
19
2
icma.az

3Sources