EN

“OPEC+” razılaşmasına daxil olmayan ölkələr neft hasilatının artırılmasını sürətləndirəcəklər

Apa.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2025-2026-cı illər üçün “OPEC+” razılaşmasına daxil olmayan ölkələrdə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu yeniləyib.

"APA-Economics"in OPEC-in aylıq hesabatına istinadən verdiyi məlumata görə, cari il “OPEC+” razılaşmasına daxil olmayan ölkələrdə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının 54,11 mln. barel olacağı ehtimal olunur (proqnoz dəyişməyib), bu 2024-cü ilin göstəricisi ilə müqayisədə 0,11 mln. barel çoxdur.

Bununla yanaşı OPEC gələn il üçün “OPEC+” razılaşmasına daxil olmayan ölkələrdə ortalama gündəlik maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu açıqlayıb. Proqnoza əsasən, 2026-cı ildə qeyd olunan göstəricinin 54,75 mln. barel səviyyəsində olacağı gözlənilir (öncəki proqnoz göstərici – 54,64 mln. barel), bu da 2025-ci ilin proqnoz göstəricisi ilə müqayisədə 0,63 mln. barel çoxdur.

Hesabatda qeyd olunur ki, ötən il “OPEC+” razılaşmasına daxil olmayan ölkələrdə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 53,2 mln. barel olub, bu 2023-cü ilin göstəricisi ilə müqayisədə 1,36 mln. barel çoxdur.

Xatırladaq ki, 2023-cü ildə “OPEC+” razılaşmasına daxil olmayan ölkələrdə ortalama gündəlik maye karbohidrogenlərin hasilatı 51,84 mln. barel səviyyəsində olub.

Qeyd edək ki, “OPEC+” OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması (bazarı tarazlamaq məqsədi ilə - red.) üzrə təşəbbüsdür. Azərbaycan da “OPEC+” razılaşmasının iştirakçısıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
28
1
apa.az

2Sources