EN

COP30-da iqlim dezinformasiyasının qarşısının alınması müzakirə edilib  

Braziliyanın Belem şəhərində keçirilən COP30 sammitində fəlakətli qlobal istiləşmənin qarşısını almaq uğrunda yarışın artan iqlim dezinformasiyası ilə sabotaj edildiyi bildirilib. Qeyd olunub ki, internet məkanında indiyə qədər olduğundan daha sürətlə yayılan yalanlar iqlim tədbirləri ilə bağlı kövrək irəliləyişi pozmaq təhlükəsi yaradır.

AZƏRTAC BMT-nin məlumatına istinadla xəbər verir ki, noyabrın 12-də Braziliya, Kanada, Fransa, Almaniya və İspaniya da daxil olmaqla 12 ölkə iqlim dəyişikliyi ilə bağlı ilk informasiya etibarlılığı Bəyannaməsini imzalayıb və yalan məzmun axınına qarşı mübarizə aparacaqlarını, ətraf mühitin mühafizəsindən yazan jurnalistlərini, alimləri və tədqiqatçıları qoruyacaqlarını bildiriblər.

İqlim dəyişikliyi ilə bağlı informasiya etibarlılığı üzrə Qlobal Təşəbbüs çərçivəsində açıqlanan Bəyannamə iqlim yalanları şəbəkələrini dağıtmaq, habelə sübutlara əsaslanan media nümayəndələrini təqib və hücumlardan qorumaq üçün konkret addımlar atmağa çağırır. İyun ayında başlayan bu təşəbbüs Braziliya, BMT-nin Qlobal Kommunikasiyalar Departamenti və UNESCO arasında tərəfdaşlıq sazişinə əsaslanır.

COP30-un xüsusi elçisi Frederiko Assis bildirib: “Dezinformasiyanın COP prosesinin hər bir hissəsinə - diplomatik danışıqlar prosesinə, fəaliyyət gündəliyinə və ya səfərbərliyə və zirvə görüşlərinə təsir göstərə, onları təhlükəyə ata biləcəyi geniş şəkildə qəbul edilir. “İnkarçılıqdan qaynaqlanan dezinformasiya ilə düzgün mübarizə aparmasaq, bütün səylərimiz risk altında olacaq”. O, alqoritmlərin “sui-qəsd və manipulyasiya” məzmununu gücləndirən rolunu qeyd edib, tez-tez yalan mesajlar yaymaq üçün mürəkkəb taktikalardan istifadə olunduğunu diqqətə çatdırıb. Assis əlavə edib ki, qarşı tərəfin əsas məqsədi dezinformasiyanı ictimaiyyətin diqqətində saxlamaq, siyasi, dini və sosial liderləri, vətəndaş cəmiyyətini, medianı geri çəkilməyə səfərbər etməkdir.

Chosen
20
2
azerbaijan-news.az

3Sources