EN

“Bu yay, demək olar ki, seleksiya aparılmayıb” – Gəncədən acı etiraf gəldi

Ötən həftə “Kəpəz” rəhbərliyi ilə fanklublar arasında görüş keçirilib.

Tədbirdə klubun infrastruktur rəhbəri Ruslan Məmmədov, mətbuat xidmətinin rəhbəri Gəray Qiyasov, həmçinin “Xəmsə”, “Kapaz Ultras” və “Zona 20” fan klublarının üzvləri iştirak edib.

“Football-plus.az” “Xəmsə”nin rəhbəri Müşfiq Məmmədovun görüşlə bağlı fikirlərini öyrənib. Belə görüşlərlə elitada qalmaq mümkün olacaqmı?
“Görüş noyabrın 8-də olub. Həm bayramla bağlı idi, həm də azarkeşlərlə görüş niyyətləri var idi. Problemlərdən danışdıq. Nəsə sualımız olanda həmişə rəhbərliyə verə bilirik Ancaq işi bu görüşlərin ümidinə buraxsaq, çətin olacaq.Elitada qalmaq üçün qışa kimi imkan daxilində maksimum xal yığmaq, qışdan sonra heyətə əl gəzdirmək vacibdi. Çünki bu yay seleksiya işi bərbad aparılıb, hətta, demək olar ki, aparılmayıb, keyfiyyətliləri yollayıb, futbolla əlaqəsi olmayan legionerləri komandaya doldurublar”.
Xatırladaq ki, oktyabrın 26-da “Kəpəz”in nəzdinə veteranları birləşdirən “Gəncənin futbol əfsanələri” şurası da yaradılmışdı.

MÜZƏFFƏR QULUZADƏ
Chosen
20
1
football-plus.az

2Sources