EN

Trampdan Suriya prezidentinə: "Neçə arvadın var?" - VİDEO

ABŞ Prezidenti Donald Trampla Suriya Prezidenti Əhməd Şaraa arasında Ağ Evdə tarixi görüş baş tutub.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, görüşün sonunda prezidentlər arasında yumoristik söhbət baş tutub.

Görüşdən sonra ABŞ Prezidenti Tramp Şaraaya xüsusi hazırlanmış ətir şüşəsi hədiyyə edib.

İkinci şüşəni uzadan Tramp gülümsəyərək "İkincisi arvadınız üçündür. Neçə arvadınız var?" sualını verib.

Suriya Prezidenti Şara diplomatik nəzakətlə "Əlbəttə, bir" cavabını verib.

Növbəsi Şaraaya çatanda o, Trampa Suriya mədəniyyətini əks etdirən əl işi tarixi əsərin kopyasını hədiyyə edib. Daha sonra Şaraa Trampın zarafatına eyni tonda cavab verərək "İkinci əsər Birinci Xanım üçündür. Bəs sizin neçə arvadınız var?" deyə soruşub.

Tramp isə suala gülərək “hələlik bir” deyib.

Beynəlxalq mətbuatda geniş işıqlandırılan bu səmimi söhbət "diplomatiyada yumorun gücü" kimi qiymətləndirilib.

Billurə

Chosen
15
olke.az

1Sources